İtaliya şirkəti Qaradağda şüşə zavodunun yenidən qurulmasında iştirak edəcək

İqtisadiyyat Xəbər 23 Noyabr 2026 10:04 (UTC +04:00)
İtaliya şirkəti Qaradağda şüşə zavodunun yenidən qurulmasında iştirak edəcək
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın “ForniTech SRL” şirkəti Azərbaycanın “North West Construction Company” şirkəti ilə əməkdaşlıq çərçivəsində Qaradağ rayonunda mövcud şüşə zavodunun yenidən qurulması layihəsini həyata keçirəcək.

Bunu “ForniTech SRL” şirkətinin baş icraçı direktoru (CEO) Simone Scarselli bazar ertəsi Bakıda keçirilən İtaliya-Azərbaycan biznes-forumu çərçivəsində Trend-ə açıqlamasında deyib.

O bildirib ki, tərəflər yeni şüşə zavodunun yaradılması ilə bağlı sazişi təxminən bir ay əvvəl imzalayıblar.

“Bizim Bakıda yerləşən "North West Construction Company" şirkəti ilə tərəfdaşlığımız var. Bu yaxınlarda burada yeni şüşə zavodunun yaradılması ilə bağlı saziş imzalamışıq. Layihə Qaradağ rayonunda mövcud zavodun yenidən qurulmasını nəzərdə tutur”, – deyə o bildirib.

S.Scarselli qeyd edib ki, bu layihə “ForniTech” şirkətinin Azərbaycanda həyata keçirdiyi ilk layihədir və şirkət onun reallaşdırılmasında iştirak etməkdən məmnundur.

“Bu layihənin bir hissəsi olmaqdan çox şadıq. Azərbaycanda ilk dəfədir ki, layihə həyata keçiririk. Məqsədimiz bu müəssisəyə yeni həyat vermək, yüksək istehsal göstəricilərinə nail olmaq və investisiyanın gələcəyini təmin etməkdir. Bu istiqamətdə üzərimizə düşən öhdəlikləri yerinə yetirməyə hazırıq”, – deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti