Azərbaycan və İtaliya arasında bir sıra müqavilələr imzalanıb

İqtisadiyyat Xəbər 23 Noyabr 2026 12:12 (UTC +04:00)
Azərbaycan və İtaliya arasında bir sıra müqavilələr imzalanıb
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində iki ölkənin dövlət qurumları, agentlikləri və şirkətləri arasında bir sıra saziş və müqavilələr imzalanıb, sənədlər mübadilə edilib.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, imzalanma mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani, İqtisadiyyat Nazirliyinin rəsmisi Yusif Abdullayev, İtaliya Ticarət Agentliyinin (ITA) prezidenti Matteo Zoppas və “Salone del Mobile.Milano” sərgisinin prezidenti Maria Porro iştirak ediblər.

Mərasimdən sonra tədbir iştirakçılarının rəsmi fotosu çəkilib.

Xəbər yenilənəcək

Məqalədə:

Xəbər lenti

Xəbər lenti