“Flydubai” pilotu təyyarəni hava limanının terminalına çırpmağı planlaşdırıb

Dünya xəbərləri Xəbər 4 Oktyabr 2026 23:22 (UTC +04:00)
“Flydubai” pilotu təyyarəni hava limanının terminalına çırpmağı planlaşdırıb
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

“Flydubai” reysinin ikinci pilotu dindirmə zamanı bildirib ki, Təl-Əvivə qədər uçmağı və ələ keçirdiyi təyyarəni Ben-Qurion hava limanının terminalına yönəldərək qəza törətməyi planlaşdırıb. İsrail televiziyasının 12-ci kanalı mənbələrə istinad etmədən belə bir iddia ilə çıxış edib.

Kanalın məlumatına görə, ikinci pilot dindirmə zamanı təyyarə artıq İordaniya üzərində, İsrail sərhədləri yaxınlığında olarkən Hindistandan olan pilot Smit Maççhara məhz buna görə hücum etdiyini izah edib. 12-ci kanalın məlumatına əsasən, ikinci pilot İsraildə “həmişəki kimi” enişə daxil olmağı, təyyarəni ələ keçirməyin artıq mümkün olmayacağı son saniyələrdə isə onu istiqamətləndirərək terminala çırpmağı planlaşdırıb. Telekanal qeyd edir ki, pilot kabinəsinin qapısını açmağa, aldığı xəsarətlərə baxmayaraq, nail olan Maççharın hərəkətləri sayəsində ikinci pilotun planını həyata keçirməsinin qarşısını almaq mümkün olub.

Sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan “Flydubai” reysi təhlükəsizlik insidenti səbəbindən Səudiyyə Ərəbistanının Tabuk şəhərinin hava limanına məcburi eniş edib. Oktyabrın 1-də Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi hadisənin səbəbinin ikinci pilotun təyyarənin komandirinə hücum etməsi olduğunu təsdiqləyib. Nəticədə hər iki pilot müxtəlif dərəcəli xəsarətlər alıb.

Nazirlik dəqiqləşdirib ki, səhhətləri yaxşılaşdıqdan sonra hər iki pilot Əmirliklərin hüquq-mühafizə əməkdaşlarının müşayiəti ilə Əbu-Dabiyə uçub, ekipajın digər altı üzvü isə daha əvvəl Dubaya təhlükəsiz şəkildə qayıdıb. BƏƏ hakimiyyəti hadisənin səbəb və hallarını, o cümlədən istismar aspektlərini və təhlükəsizlik tədbirlərini araşdırmaqda davam edir.

Xəbər lenti

Xəbər lenti