Ermənistanda polisə atəş açılıb - 2 nəfər yaralanıb

Dünya xəbərləri Xəbər 5 Oktyabr 2026 11:14 (UTC +04:00)
Ermənistanda polisə atəş açılıb - 2 nəfər yaralanıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ermənistanda polis əməkdaşları atəşə tutulub.

Ermənistan KİV-nin yazdığına görə, Ermənistanın Kotay vilayətində yol patrul polisi yol hərəkəti qaydalarını pozan “Hyundai” markalı avtomobil aşkar edərək sürücüdən dayanmasını tələb ediblər.

Buna cavab olaraq avtomobildən atəş açılıb və nəticədə iki polis əməkdaşı yaralanıb.

Daha sonra avtomobil aşkar edilib. Sərxoş vəziyyətdə olan sürücü və sərnişin saxlanılıb.

Yaralanan polis əməkdaşları xəstəxanaya çatdırılıb. Polisin məlumatına görə, onların həyatları üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti