Bakı.Trend:
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İsveçrənin milli təhlükəsizlik üzrə müşaviri Qabriel Lühinqerlə regional və beynəlxalq təhlükəsizlik məsələlərini, həmçinin bu sahədə ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib.
Trend xəbər verir ki, görüş Elçin Əmirbəyovun İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində baş tutub.
Tərəflər Avrasiya regionunda davam edən silahlı münaqişələrin sülh yolu ilə nizamlanması perspektivləri barədə fikir mübadiləsi aparıblar. Bundan əlavə, Azərbaycanla İsveçrə arasında təhlükəsizlik sahəsində, o cümlədən kibertəhlükəsizlik, hibrid təhdidlər və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Qeyd edək ki, təhlükəsizlik məsələləri Azərbaycan-İsveçrə dialoqu çərçivəsində mütəmadi olaraq müzakirə olunur. Belə ki, 2026-cı ilin avqustunda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İsveçrənin Xarici İşlər üzrə Federal Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis Bakıda keçirdikləri görüşdə regional təhlükəsizlik, enerji və rəqəmsal təhlükəsizlik məsələlərinə diqqət yetiriblər. Bundan əvvəl, 2026-cı ilin martında iki ölkənin xarici işlər nazirləri telefon danışığı zamanı beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə edərək böhranların diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar.
