ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

İqtisadiyyat Xəbər 2 Oktyabr 2026 16:33 (UTC +04:00)
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Bakı. Trend:

30 sentyabr 2026-cı il tarixində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. “ABB” ASC-nin Nizamnaməsinin 8.10-cu maddəsinə əsasən, səsvermə qiyabi şəkildə, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən İnvestor Portalında (invp.e-mdm.gov.az) yaradılmış şəxsi kabinet vasitəsilə həyata keçirilib.

Səsvermə nəticəsində Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini Anar Mehman oğlu Kərimov 3 il müddətinə “ABB” ASC-nin Müşahidə Şurasının üzvü seçilib. Habelə “ABB” ASC-nin Nizamnaməsinə və “ABB” ASC-nin Müşahidə Şurası haqqında Əsasnamə”yə dəyişiklik edilməsi barədə qərarlar qəbul olunub.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, ABB-nin rəsmi internet səhifəsi, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin Bankın rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Xəbər lenti

Xəbər lenti