Bakı. Trend:
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə yeni səlahiyyət verilib.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzlayıb.
Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.
Fərmana əsasən, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti sərnişin kanat yolları ilə sərnişindaşıma üzrə xidmətlər göstərilməsini, onların keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsini, həmin xidmətlərin təşkili və gediş haqqının ödənilməsi üzrə innovativ və rəqəmsal həllərin tətbiqi, eləcə də layihələndirilməsini və tikintisini, maddi-texniki bazanın gücləndirilməsini və müasirləşdirilməsi, xidmətlərin qarşılıqlı inteqrasiyasını, vahid mərkəzdən idarə olunmasını və əlaqələndirilməsini təmin edəcək.
