Xaçmazın Palçıqoba kəndində növbəti səyyar qəbul keçirilib

Cəmiyyət Xəbər 2 Oktyabr 2026 16:34 (UTC +04:00)
Xaçmazın Palçıqoba kəndində növbəti səyyar qəbul keçirilib

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli hüquq-mühafizə orqanlarının, müvafiq idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə Palçıqoba kəndində növbəti səyyar qəbul keçirib.

Qəbulda Çinartala inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Palçıqoba, Çinartala, Manafoba, Ağaşirinoba və Qıraqlı kəndlərinin sakinləri iştirak ediblər.

Qəbuldan əvvəl rayon rəhbəri və tədbir iştirakçıları Palçıqoba kənd şəhidlərinin xatirəsinə ucaldılan abidəni ziyarət edərək önünə gül dəstələri düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Daha sonra sakinlərin müraciətləri diqqətlə dinlənilib. Əsasən kəndlərin infrastrukturunun yaxşılaşdırılması, sosial-məişət məsələləri və işlə təminat kimi mövzuları əhatə edən müraciətlərin hər biri rayon rəhbəri tərəfindən dinlənilib, qaldırılan problemlərin qanunvericiliyə uyğun və operativ həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Görüş iştirakçıları, eyni zamanda, əvvəlki səyyar qəbullarda səsləndirilən bir sıra müraciətlərin müsbət həllini tapmasına görə dərin razılıqlarını ifadə edərək təşəkkürlərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti