Fransada şagirdlərin etirazında polislə toqquşmalar yaşanıb

Dünya xəbərləri Xəbər 2 Oktyabr 2026 14:20 (UTC +04:00)
Fransada şagirdlərin etirazında polislə toqquşmalar yaşanıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Fransanın Strasburq şəhərində universitetlərdən birinin kampusu yaxınlığında yuxarı sinif şagirdləri və tələbələrin keçirdiyi nümayişdə iğtişaşlar yaşanıb.

Bu barədə "BFM TV" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, hüquq-mühafizə əməkdaşları buna cavab olaraq onların üzərinə pirotexniki vasitələrin atılmasından sonra gözyaşardıcı qazdan istifadə ediblər.

Telekanal etirazçılar arasında yetkinlik yaşına çatmayanların da olduğunu qeyd edib.

Yuxarı sinif şagirdlərinin etiraz aksiyaları ötən həftə paytaxt regionu İle-de-Fransda başlayıb və hazırda bütün ölkəyə yayılıb. Aksiya iştirakçıları həddindən artıq yüklənmiş dərs cədvəlinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər.

Bəzi yerlərdə aksiyalar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Etirazların radikallaşması fonunda milli təhsil naziri Eduar Jefre bəzi təhsil müəssisələrində dərslərin distant formata keçirildiyini açıqlayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti