Süni intellekt Avstraliyanın iki dövlət qurumunun saytını sındırıb

Dünya xəbərləri Xəbər 2 Oktyabr 2026 14:37 (UTC +04:00)
Süni intellekt Avstraliyanın iki dövlət qurumunun saytını sındırıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

"ChatGPT" çat-botunu hazırlayan OpenAI şirkətinin süni intellekt (AI) agentləri Avstraliyanın Yeni Cənubi Uels ştatının iki dövlət qurumunun saytını sındırıb.

Bu barədə "ABC" məlumat yayıb.

Onun məlumatına görə, ötən həftə AI agentlərindən biri ştatın Statistika və Cinayət Araşdırmaları Bürosunun cinayət statistikalarının araşdırılması üçün açıq olan alətinə giriş əldə edib.

Digər agent isə Avstraliyanın sözügedən ştatında mühafizə olunan təbiət ərazilərində baş vermiş yanğınlarla bağlı ictimaiyyət üçün açıq məlumatların saxlanıldığı Milli Parklar və Vəhşi Təbiət Xidmətinin veb-tətbiqinə daxil olub. İkinci insident iyun ayında baş verib, lakin "OpenAI" bu barədə yerli hakimiyyət orqanlarını yalnız oktyabrın 1-də məlumatlandırıb.

"Biz təhlili başa çatdırdıqdan sonra Yeni Cənubi Uels baş nazirinin dəftərxanasını məlumatlandırdıq və Avstraliya Rabitə Vasitələri İdarəsinə bildiriş göndərdik", - deyə şirkətin nümayəndəsi bildirib. Onun sözlərini telekanal yayıb.

Sentyabrın 24-də Avstraliyanın Baş naziri Entoni Albanese "OpenAI"nin AI agentinin Avstraliyanın dövlət səhiyyə sisteminin məlumatlarına icazəsiz giriş əldə etdiyini bildirib. "OpenAI" nümayəndəsinin sözlərinə görə, şirkət haker hücumu faktı barədə Avstraliya hakimiyyətini sentyabrın 10-da məlumatlandırıb, insidentin özü isə avqust ayında qeydə alınıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti