Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb (FOTO)

Siyasət Xəbər 1 Oktyabr 2026 21:38 (UTC +04:00)
Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb (FOTO)
Nicat İsmiyev
Nicat İsmiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Heydər Əliyev Mərkəzi 1 oktyabr — Çin Xalq Respublikasının yaranması günü münasibətilə Çin Xalq Respublikasının dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.

Axşam saatlarında memarlıq kompleksinin fasadında Çinin dövlət bayrağını simvolizə edən qırmızı və sarı rənglərdə işıqlandırma nümayiş etdirilib. Analoji aksiya Bakı Olimpiya Stadionunda da keçirilib.

1 oktyabr Çində Çin Xalq Respublikasının yaranması günü kimi qeyd olunur. 1949-cu il oktyabrın 1-də Pekində Tiananmen meydanında Mao Tszedun Çin Xalq Respublikasının yaradıldığını elan edib. 1949-cu il dekabrın 2-də Mərkəzi Xalq Hökuməti 1950-ci ildən etibarən oktyabrın 1-nin hər il Çin Xalq Respublikasının Milli Günü kimi qeyd olunması barədə qərar qəbul edib.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bayram münasibətilə Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu göndərib.

Xəbər lenti

Xəbər lenti