ABŞ-də təcili tibbi yardım helikopteri qəzaya uğrayıb

Dünya xəbərləri Xəbər 1 Oktyabr 2026 10:39 (UTC +04:00)
ABŞ-də təcili tibbi yardım helikopteri qəzaya uğrayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-nin Kaliforniya ştatında göyərtəsində beş nəfər olan təcili tibbi yardım helikopteri qəzaya uğrayıb.

Bu barədə "NBC4" rəsmi şəxslərə istinadən məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, hava gəmisi suya düşüb. Rəsmilər bildiriblər ki, azı dörd nəfər helikopterdən və sudan çıxarılaraq xəstəxanaya çatdırılıb. Bir nəfər itkin düşüb.

Məlumata görə, helikopter adadan havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Hazırda hadisə yerində fövqəladə xidmətlər işləyir, axtarış-xilasetmə əməliyyatı aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti