“Kalaşnikov" ADEX sərgisində yeni avtomatları təqdim edib

Cəmiyyət Xəbər 30 Sentyabr 2026 15:10 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Rusiyanın "Kalaşnikov" konserni ADEX 2026 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində yeni avtomatları sərgiləyib.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, sərgidə ilk dəfə 5,45 mm-lik qısaldılmış AK-12K və kiçikölçülü AK-12SK avtomatları, 7,62 mm-lik qısaldılmış AK-15K və kiçikölçülü AK-15SK avtomatları təqdim edilib.

Bundan başqa, “KUB" ailəsinə aid idarə olunan baraj sursatları - "KUB-2-E", "KUB-10E" və "KUB-10ME" sərgilənib.

Qeyd edək ki, “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 15-сi yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi işə başlayıb.

Ümumilikdə, “ADEX” və “Securex Caspian” sərgilərində 29 ölkədən 270-dən çox şirkət iştirakını təsdiqləyib. Sərgidə iştirak üçün indiyədək 33 ölkədən 45 xarici nümayəndə heyəti qeydiyyatdan keçib.

Nümayəndə heyətlərinin təmsil etdiyi ölkələr arasında ABŞ, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Əfqanıstan, Gürcüstan, İordaniya, İraq, İsrail, İtaliya, Qazaxıstan, Qırğızıstan, Latviya, Malayziya, Mərakeş, Monteneqro, Nigeriya, Özbəkistan, Pakistan, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Slovakiya, Sudan, Şimali Kipr, Türkiyə, Türkmənistan, Ukrayna, Uqanda və Vyetnam yer alır.

Bundan başqa, ABŞ, Azərbaycan, Belarus, Böyük Britaniya, Çexiya, Çin, İsrail, İtaliya, Pakistan, Rumıniya, Rusiya, Slovakiya, Türkiyə və Özbəkistan olmaqla 14 ölkə sərgilərdə milli pavilyonla təmsil edilir.

"ADEX" 2026-nın əsas yeniliklərindən biri Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunun ilk dəfə milli ekspozisiyaya ayrılmasıdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti