Bakı.Trend:
Türkiyəli aktyor və müğənni Özcan Dəniz və aktrisa Deniz Çakır narkotiklərlə bağlı iş üzrə İstanbulda saxlanıldıqdan sonra sərbəst buraxılıblar.
NTV telekanalının məlumatına görə, məhkəmə onlarla yanaşı aktrisa Burcu Özberk , ümumilikdə doqquz nəfər barəsində polis nəzarəti altına vermə qətimkan tədbirini seçib.
İş üzrə digər şübhəli, müğənni Ceylan Kaya isə məhkəmənin qərarı ilə həbs edilib. Türkiyənin “Akşam” qəzetinin məlumatına görə, o, cinayət yolu ilə əldə edilmiş gəlirlərin qanuniləşdirilməsində şübhəli bilinir.
Xatırladaq ki, bir müddət əvvəl narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz əldə edilməsi, istifadəsi və ya saxlanılması, habelə iqtisadi hüquqpozmalar və insan alveri ilə bağlı geniş rezonans doğuran iş çərçivəsində Özcan Dəniz və Deniz Çakır da daxil olmaqla, daha 35 nəfərin saxlanıldığı bildirilmişdi.
