“Fitch” 2026–2029-cu illərdə "Cənub Qaz Dəhlizi"nin müsbət sərbəst pul axınına malik olacağını gözləyir

İqtisadiyyat Xəbər 26 Noyabr 2026 07:13 (UTC +04:00)
“Fitch” 2026–2029-cu illərdə "Cənub Qaz Dəhlizi"nin müsbət sərbəst pul axınına malik olacağını gözləyir
Ləman Zeynalova
Ləman Zeynalova
Baş redaktorun müavini Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” 2026–2029-cu illərdə "Cənub Qaz Dəhlizi"nin müsbət sərbəst pul axını formalaşdıracağını proqnozlaşdırır.

Agentliyin qiymətləndirməsinə əsasən, 2026-cı il oktyabrın sonuna "Cənub Qaz Dəhlizi"nin pul vəsaitləri və depozitlərinin həcmi 3,4 milyard ABŞ dolları təşkil edib.

“2026–2029-cu illərdə borc ödənişləri bank kreditləri üzrə illik təxminən 120 milyon dollar həcmində orta səviyyəli ödənişlərlə məhdudlaşacaq. Gözləntimizə görə, "Cənub Qaz Dəhlizi" bu müddət ərzində dividend ödənişləri nəzərə alınmadan müsbət sərbəst pul axını yaradacaq”, – deyə “Fitch”in materiallarında bildirilir.

Agentlik həmçinin qeyd edib ki, 2026-cı ilin martında avrobondların ödənilməsindən sonra "Cənub Qaz Dəhlizi"nin borc öhdəlikləri 2032–2046-cı illərdə qaytarılma müddəti olan inkişaf banklarının kreditlərindən ibarətdir.

“Bu kreditlərin ümumi həcmi təxminən 1,4 milyard dollar təşkil edir. Buraya Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB), Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB), Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) və Asiya İnkişaf Bankının (AİB) ayırdığı vəsaitlər daxildir”, – deyə “Fitch”in məlumatında qeyd olunub.

Xəbər lenti

Xəbər lenti