“Sabah”-“Barselona” oyunu günü Bakıda Mastercard-la gediş 1 qəpik olacaq

Cəmiyyət Xəbər 25 Noyabr 2026 13:40 (UTC +04:00)
“Sabah”-“Barselona” oyunu günü Bakıda Mastercard-la gediş 1 qəpik olacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 25-də saat 18:00-dan noyabrın 26-da saat 01:00-dək Bakıda Mastercard kartı ilə "Apple Pay" və ya "Google Pay" vasitəsilə təmassız ödəniş edən sərnişinlər hər gediş üçün 1 qəpik ödəyəcəklər.

Bu barədə “BakıKart” məlumat yayıb.

Bildirilib ki, “BakıKart” və Mastercard kampaniyanı UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək “Sabah” – “Barselona” qarşılaşması münasibətilə təşkil edir.

Güzəşt yerli və xarici bankların buraxdığı Mastercard kartlarına şamil olunur və təmassız ödənişin mümkün olduğu metro və avtobusları əhatə edir.

Kampaniya saatlarında güzəştli gedişlərin sayına məhdudiyyət qoyulmur.

Xəbər lenti

Xəbər lenti