Tramp hind toyuqlarını əfv edib - FOTO/VIDEO

Maraqlı Xəbər 25 Noyabr 2026 10:44 (UTC +04:00)
Tramp hind toyuqlarını əfv edib - FOTO/VIDEO
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Şükranlıq Günü (Thanksgiving) ərəfəsində keçirilən ənənəvi mərasim çərçivəsində “Azadlıq” (Freedom) və “Lələklər” (Feathers) adlı iki hind toyuğunu əfv edib.

Bu barədə "CBS News" məlumat yayıb.

Tramp bildirib ki, o, quşlara “tam, mütləq və qeyd-şərtsiz əfv” verir və bununla da onların əbədi yaşayacaqlarını nəzərdə tutur.

Prezident “Azadlıq” adlı hinduşkaya müraciətlə “Bu andan etibarən sən tam və qeyd-şərtsiz əfv olunursan” deyib. Trampın sözlərinə görə, “Lələklər” adlı hinduşka kolluqların arasına qaçsa da, o da əfv olunacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti