Ronaldu karyerasında 987-ci qolunu vurub

İdman Xəbər 25 Noyabr 2026 05:56 (UTC +04:00)
Ronaldu karyerasında 987-ci qolunu vurub
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu Asiya Futbol Konfederasiyasının (AFC) Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda doğma meydanda Qətərin “Əl-Sədd” komandasına qalib gəlib.

Ər-Riyadda keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Əl-Nəsr”in heyətində Kriştianu Ronaldu penaltini dəqiq yerinə yetirib, digər qolu isə Joau Feliks vurub. Qonaqların heyətində fərqlənən Məhəmməd Vaad ilk hissənin sonlarında meydandan qovulub.

Bu qol 41 yaşlı portuqaliyalı hücumçunun peşəkar karyerasında 987-ci olub.

Qələbədən sonra xallarının sayını doqquza çatdıran “Əl-Nəsr” Qərb zonasının turnir cədvəlində beşinci pillədə qərarlaşıb. İki xalı olan “Əl-Sədd” isə 14-cü yerdədir.

Xəbər lenti

Xəbər lenti