Bir görüntü İstanbulda həyəcan yaratdı: Şir deyilmiş!

Dünya xəbərləri Xəbər 24 Noyabr 2026 10:01 (UTC +04:00)
Bir görüntü İstanbulda həyəcan yaratdı: Şir deyilmiş!
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonunda dişi şir görüldüyü barədə yayılan məlumatlar ərazidə genişmiqyaslı axtarışlara səbəb olub.

Türkiyə KİV-in məlumatına görə, noyabrın 22-də Sarıyer rayonunun Uskumruköy məhəlləsindəki meşəlik ərazidə dişi şir görüldüyü barədə polisə məlumat daxil olub. Ərazidəki təhlükəsizlik kameralarının görüntülərində aslana bənzəyən heyvanın qeydə alınması ilə əlaqədar axtarışlara başlanılıb.

Axtarışlar çərçivəsində Belqrad meşəsinin avtomobil və piyadalar üçün giriş-çıxışı bağlanıb. Ərazi həm qurudan, həm də termal kameralı dronlarla havadan yoxlanılıb. Bundan başqa, heyvanın müəyyən edilməsi məqsədilə müxtəlif nöqtələrə yem qoyulub və hərəkət sensorlu fototələlər yerləşdirilib.

Bildirilib ki, aparılan araşdırmalar zamanı ərazidə şirin olduğuna dair konkret sübut əldə edilməyib.

Valilik əlavə edib ki, həmin gün qurumlara müxtəlif bucaqlardan çəkilmiş yeni görüntülər təqdim olunub. Görüntülərin təhlili nəticəsində kadrlardakı heyvanın şir və ya digər iri pişik növlərindən biri olmadığı qənaətinə gəlinib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti