İranın irəli sürdüyü şərtlər qeyi-adi halları əks etdirmir – Bəqai

Dünya xəbərləri Xəbər 23 Noyabr 2026 12:57 (UTC +04:00)
İranın irəli sürdüyü şərtlər qeyi-adi halları əks etdirmir – Bəqai
Elnur Bağışov
Elnur Bağışov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

İranın bölgədə gərginliyə son qoyulması ilə əlaqədar irəli sürdüyü şərtlər qeyri-adi halları əks etdirmir.

İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran XİN-in mətbuat katibi İsmayıl Bəqai bazar ertəsi (23 noyabr) Tehranda keçirilən mətbuat konfransında deyib.

“İrəli sürülən şərtlər İranın haqqıdır. Bu şərtlər qeyri-qanuni və ədalətsiz sanksiyaların ləğv edilməsi, dəniz blokadasına son qoyulması və ABŞ tərəfinin İslamabad analşma memorandumunda qəbul etdiyi məsələlərdir”, -deyə o bildirib.

İranlı rəsmi əlavə edib ki, ABŞ tərəfi öz öhdəliyini yerinə yetirərsə, Hörmüz boğazı və regiona təhlükəsizlik və sabitlik ən qısa müddətdə qayıdacaq. Bu isə bu məsələ ilə əlaqədar mürəkkəbliyi görməzlikdən gəlmək mənasında deyil, İranın nəyi istədiyini, öz vətəndaşlarının hüququnun nə olduğunu və bu istiqamətdə geri addım atmayacağını bilməsi mənasındadır.

Qeyd edək ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti