Özbəkistanda yeni əlifba dövlət gerbi və mükafatların yazılarına inteqrasiya olunacaq

Dünya xəbərləri Xəbər 23 Noyabr 2026 12:33 (UTC +04:00)
Özbəkistanda yeni əlifba dövlət gerbi və mükafatların yazılarına inteqrasiya olunacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Özbəkistanda dövlət gerbi və mükafatlarının üzərindəki yazıların yeni əlifbaya uyğunlaşdırılması planlaşdırılır.

"Pressa" nəşrinin (Özbəkistan) məlumatına görə, Özbəkistan Ədliyyə Nazirliyinin yeni özbək əlifbası ilə bağlı qərar layihəsində dövlət gerbi və dövlət mükafatlarının üzərindəki gʻ, oʻ, sh, ch hərflərinin yeni formalarla — Ö ö, Ğ ğ, Ş ş, Ç ç əvəz edilməsi nəzərdə tutulur.

Layihəyə əsasən, müvafiq sənədlərin hazırlanması 2027-ci ilin aprelinədək, razılaşdırılması və təqdim edilməsi isə həmin ilin iyununadək başa çatdırılmalıdır.

Yeni əlifba 28 hərf və bir işarədən ibarət olacaq. Bununla belə, əvvəllər verilmiş sənədlərdə, qiymətli kağızlarda və milli valyutada hərflərin köhnə formada yazılması onların hüquqi qüvvəsinə təsir göstərməyəcək. Ad və soyadın köhnə və ya yeni əlifba ilə yazılmasına görə sənədlərin qəbulundan və dövlət xidmətlərinin göstərilməsindən imtina da qadağan ediləcək.

Mövcud əlifba ilə hazırlanmış şəxsiyyət vəsiqələri, xarici pasportlar, sürücülük vəsiqələri, avtomobillərin texniki pasportları və kadastr sənədlərinin blanklarından 2028-ci il yanvarın 1-dək istifadə oluna biləcək. Əlifbanın dəyişdirilməsi domenlərin, elektron poçt ünvanlarının, hesab və müqavilə nömrələrinin yenilənməsini tələb etməyəcək.

Layihə çərçivəsində məktəb dərsliklərinin 2027–2031-ci illərdə mərhələli şəkildə yenidən nəşri, yeni orfoqrafiya və durğu işarələri qaydalarının hazırlanması, lüğətlərin yenilənməsi və dövlət dili portalının yaradılması da nəzərdə tutulur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti