İtaliya Azərbaycana ixracı Almaniyanın səviyyəsinə çatdırmağı planlaşdırır - ITA Agency

İqtisadiyyat Xəbər 23 Noyabr 2026 12:59 (UTC +04:00)
İtaliya Azərbaycana ixracı Almaniyanın səviyyəsinə çatdırmağı planlaşdırır - ITA Agency
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

İtaliyanın Azərbaycana ixracı təxminən 440 milyon avro təşkil edir. İtaliya tərəfi bu göstəricini Almaniyanın təxminən 560 milyon avroluq ixrac səviyyəsinə yaxınlaşdırmağı hədəfləyir.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu bazar ertəsi Bakıda keçirilən Azərbaycan-İtaliya biznes-forumunda İtaliya Xarici Ticarət Agentliyinin (ITA Agency) prezidenti Matteo Zoppas bildirib.

Onun sözlərinə görə, Azərbaycan İtaliya məhsullarının, o cümlədən gündəlik tələbat mallarının, moda sənayesi məhsullarının və aqro-ərzaq sektorunun təşviqi üçün böyük potensiala malikdir.

Zoppas qeyd edib ki, Azərbaycanda moda və aqro-ərzaq sənayesi kimi sahələr fəal inkişaf edir və İtaliya da bu istiqamətlərdə böyük təcrübəyə və potensiala sahibdir.

“İtaliya Xarici Ticarət Agentliyi yerli nümayəndəliyi və diplomatik qurumlarla birgə Made in Italy məhsullarının Azərbaycan bazarında təşviqi istiqamətində fəaliyyətini davam etdirmək niyyətindədir.

2025-ci ildə ICE-nin təşkil etdiyi tədbirlər çərçivəsində İtaliyaya təxminən 20 nümayəndə heyəti səfər edib, 2026-cı ildə isə onların sayı demək olar ki, iki dəfə artıb. Belə ki, cari ildə agentlik 50-100 nəfərədək yerli biznes nümayəndəsini, o cümlədən satınalma mütəxəssislərini, idxalçıları və distribütorları İtaliyaya aparıb. Bu cür əlaqələr işgüzar münasibətlərin qurulmasına və iki ölkə arasında ticarət dövriyyəsinin genişlənməsinə töhfə verir”, - deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti