Mal-qara və qoyun-keçi sayında hansı rayonlar irəlidədir? – Maraqlı statistika

Cəmiyyət Xəbər 23 Noyabr 2026 13:05 (UTC +04:00)
Mal-qara və qoyun-keçi sayında hansı rayonlar irəlidədir? – Maraqlı statistika
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend

2026-cı il oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanda ən çox iribuynuzlu mal-qara Sabirabad, ən çox qoyun və keçi isə Beyləqan rayonunda saxlanılır.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, qeyd olunan tarixə ölkə üzrə ümumilikdə 2 milyon 430 min 180 baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 218 min 568 baş inək və camış, həmçinin 6 milyon 735 min 66 baş qoyun və keçi qeydə alınıb.

İribuynuzlu mal-qaranın sayına görə TOP-10 rayon:

  1. Sabirabad rayonu – 121 444 baş (ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz az);

  2. Bərdə rayonu – 116 069 baş (7,4 faiz artım);

  3. İmişli rayonu – 95 899 baş (2,3 faiz artım);

  4. Cəlilabad rayonu – 93 876 baş (1,5 faiz artım);

  5. Ağcabədi rayonu – 81 587 baş (4,9 faiz artım);

  6. Masallı rayonu – 74 070 baş (0,1 faiz artım);

  7. Saatlı rayonu – 70 986 baş (1,5 faiz artım);

  8. Yevlax rayonu – 70 202 baş (0,5 faiz artım);

  9. Ağdaş rayonu – 63 095 baş (5,3 faiz azalma);

  10. Beyləqan rayonu – 59 112 baş (0,7 faiz azalma).

İribuynuzlu mal-qaranın sayına görə iqtisadi rayonlar arasında ilk üçlükdə Mil-Muğan (347 441 baş), Qarabağ (325 041 baş) və Lənkəran-Astara (318 333 baş) iqtisadi rayonları qərarlaşıb.

Qoyun və keçilərin sayına görə TOP-10 rayon:

  1. Beyləqan rayonu – 265 297 baş (4,6 faiz azalma);

  2. İmişli rayonu – 253 783 baş (0,5 faiz artım);

  3. Şəmkir rayonu – 244 369 baş (2,3 faiz artım);

  4. Quba rayonu – 234 687 baş (2,9 faiz azalma);

  5. Sabirabad rayonu – 230 425 baş (0,2 faiz artım);

  6. Gədəbəy rayonu – 212 227 baş (1 faiz artım);

  7. Ağcabədi rayonu – 189 387 baş (1,1 faiz azalma);

  8. Qobustan rayonu – 185 770 baş (3,6 faiz artım);

  9. Salyan rayonu – 175 866 baş (0,4 faiz artım);

  10. Goranboy rayonu – 153 240 baş (4,2 faiz artım).

Qoyun və keçilərin sayına görə iqtisadi rayonlar arasında Mil-Muğan (863 765 baş), Qazax-Tovuz (816 454 baş) və Qarabağ (649 830 baş) iqtisadi rayonları ilk üçlükdə yer alıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti