Bakı. Trend:
Bakıda X Beynəlxalq Bankçılıq Forumu keçirilir.
Trend-in tədbirdən verdiyi məlumata görə, forum maliyyə sektorunun inkişafının aktual məsələlərini müzakirə etmək üçün bank rəhbərlərini, tənzimləyici orqanların nümayəndələrini, fintex şirkətlərini, akademik ictimaiyyəti və beynəlxalq ekspertləri bir araya gətirir.
Forumun proqramına tematik sessiyalar, sərgi zonası, eləcə də onlayn iştirak imkanları daxildir.
Forum çərçivəsində dövlət orqanları və bank sektoru nümayəndələrinin iştirakı ilə giriş sessiyası planlaşdırılıb.
Giriş sessiyasında Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Əliyar Məmmədyarov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Türkiyə Banklar Birliyinin baş katibi Nurullah Bakır, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və Azərbaycan Fintex Assosiasiyasının İdarə Heyətinin sədri Edqar Abdullayev çıxış edəcəklər.
Əsas məruzə ilə "Mastercard"ın Türkiyə və Azərbaycan üzrə baş direktoru Onur Faydacı çıxış edəcək.
Xəbər yenilənəcək
