Almaniya XİN Putinə müraciət ünvanlayıb

Dünya xəbərləri Xəbər 23 Noyabr 2026 17:35 (UTC +04:00)
Almaniya XİN Putinə müraciət ünvanlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Rusiya Prezidenti Vladimir Putini Ukraynada hərbi əməliyyatları dayandırmağa və danışıqlar masasına əyləşməyə çağırıb.

RTVI nəşrinin məlumatına görə, Almaniya XİN rəhbəri, həmçinin alyansın öz ərazisini müdafiə etməyə hazır olduğunu bəyan edib.

“Cənab Putin, hərbi münaqişəyə son qoyun, danışıqlar masasına əyləşin və Avropada sülhü bərqərar edin”, – deyə Vadeful Berlində NATO Parlament Assambleyasının tribunasından ingilis dilində bəyan edib.

Nazir eyni çıxışında müttəfiqlərin Ukraynaya dəstəyi davam etdirəcəyini bəyan edib və Almaniyanın təhlükəsizliyini NATO-nun şərq cinahının müdafiəsi ilə əlaqələndirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti