İtaliya minətəmizləmə sahəsində Azərbaycana dəstək göstərir - Ceyhun Bayramov

Siyasət Xəbər 23 Noyabr 2026 14:08 (UTC +04:00)
İtaliya minətəmizləmə sahəsində Azərbaycana dəstək göstərir - Ceyhun Bayramov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Minətəmizləmə sahəsində İtaliya Azərbaycana dəstək göstərir.

Trend-in müxbiri xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İtaliya Respublikasının Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə birgə brifinq zamanı çıxışında deyib.

Nazir bildirib ki, İtaliya ilə Azərbaycan arasında, xüsusilə də hərbi-texniki əməkdaşlıq sahəsində layihələrə baxılır.

“Bu yeni bir əməkdaşlıq istiqamətidir ki, biz də bunu olduqca müsbət dəyərləndiririk.

Humanitar sahə əlbəttə ki, ölkələrimiz arasında çox önəmli əməkdaşlıq istiqamətidir. Humanitar sahə barədə danışarkən mən ilk olaraq təhsil sahəsini qeyd etmək istərdim.

Burada universitetlər arasında akademik mübadilə proqramları, Azərbaycan tələbələrinin xarici təhsil müəssisələrində proqramlar çərçivəsində aparıcı universitetlərdə oxumaqlarını qeyd etmək istərdim”,- deyə C.Bayramov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti