Rusiyada azərbaycanlı milyarderlə əlaqəli olan zavod yanır (FOTO)

Dünya xəbərləri Xəbər 23 Noyabr 2026 13:24 (UTC +04:00)
Rusiyada azərbaycanlı milyarderlə əlaqəli olan zavod yanır (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiyanın Perm şəhərində pilotsuz uçuş aparatlarının (PUA) hücumundan sonra “LUKOIL-Permnefteorqsintez” neft emalı zavodunda (NEZ) yanğın başlayıb.

Bu barədə UNN məlumat yayıb.

Sözügedən iri müəssisə ildə 13 milyon tondan çox neft emal edir.

Perm diyarının qubernatoru Dmitri Maxoninin “düşmən pilotsuz uçuş aparatlarının hücumunun dəf edilməsi” zamanı sənaye obyektinə ziyan dəydiyi barədə açıqlamasından sonra ASTRA-nın OSINT eksperti Perm şəhərindəki “LUKOIL-Permnefteorqsintez” zavodunda yanğın baş verdiyini müəyyən edib.

Məlumata görə, müəssisənin ərazisində çoxsaylı yanğın ocaqları müşahidə olunur.

“Yanğının ehtimal olunan mənbəyi neft emalı sahəsində yerləşir. Burada müəssisənin əsas texnoloji qurğuları – elektrik duzsuzlaşdırma və atmosfer-vakuum distillə qurğuları (ELOU və AVT) cəmləşib”, – məlumatda qeyd olunur.

Xatırladaq ki, hücuma məruz qalan neft zavodu LUKOIL neft şirkətinə məxsusdur. Şirkətin rəsmi məlumatına görə, Azərbaycan əsilli rusiyalı iş adamı, şirkətin yaradıcısı və uzun illər prezidenti olan Vahid Ələkbərov həmin şirkətdə hazırda ən böyük səhmdardır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti