Azərbaycan 2020-ci ildən İtaliyanı 51 milyard kubmetrdən çox təbii qazla təchiz edib - Nazir müavini

Energetika Xəbər 23 Noyabr 2026 14:35 (UTC +04:00)
Azərbaycan 2020-ci ildən İtaliyanı 51 milyard kubmetrdən çox təbii qazla təchiz edib - Nazir müavini
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan 2020-ci ildən etibarən Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə İtaliyanı 51 milyard kubmetrdən çox təbii qazla təchiz edib.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın energetika nazirinin müavini Kamal Abbasov bazar ertəsi Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycan İtaliyanın aparıcı enerji resursları təchizatçılarından biridir və ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

O qeyd edib ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İtaliya şirkətləri ilə əməkdaşlığı təkcə təbii qaz tədarükünü deyil, həm də müxtəlif mənşəli xam neftin, neft məhsullarının, mayeləşdirilmiş təbii qazın (LNG) və neft-kimya məhsullarının tədarükünü əhatə edir. Bundan əlavə, SOCAR və İtaliya şirkətləri üçüncü ölkələrdə enerji layihələri çərçivəsində də əməkdaşlıq edirlər.

Nazir müavini buna misal olaraq SOCAR-ın 2026-cı ilin sentyabrında İtaliyanın "Eni" şirkəti ilə tərəfdaşlıq çərçivəsində Kot-d'İvuardakı "Baleine" neft-qaz layihəsində 10 faizlik iştirak payı əldə etməsini göstərib.

Onun sözlərinə görə, Eni şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərində 5 faizlik iştirak payına malikdir.

"Əməkdaşlığın digər mühüm mərhələsi SOCAR-ın İtaliyanın "Italiana Petroli" şirkətinin səhmlərinin 99,82 faizini əldə etməsi olub. Bu proses 2026-cı ilin mayında başa çatıb. Şirkət iki neft emalı zavodunu idarə edir, geniş saxlama və logistika infrastrukturuna, həmçinin 4 500-dən çox yanacaqdoldurma məntəqəsindən ibarət şəbəkəyə malikdir", - deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti