Tovuzda avtomobil su kanalına düşüb - Ölən və yaralılar var

Hadisə Xəbər 23 Noyabr 2026 14:23 (UTC +04:00)
Tovuzda avtomobil su kanalına düşüb - Ölən və yaralılar var
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Tovuz rayonunun Qovlar kəndi ərazisində minik avtomobilinin su kanalına düşməsi nəticəsində sürücü ölüb, ikisi azyaşlı olmaqla dörd nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin məlumatına görə, “VAZ” markalı minik avtomobili idarəetmədən çıxaraq su kanalına düşüb. Hadisə barədə nazirliyin “112” qaynar xəttinə məlumat daxil olduqdan sonra əraziyə Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Xilasedicilər həlak olan sürücünün, 1961-ci il təvəllüdlü Şakir Şahmalı oğlu Hüseynovun meyitini kanaldan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti