Baş Mil-Muğan kollektorunda qanunsuz balıq ovuna görə iki nəfər saxlanılıb

Hadisə Xəbər 23 Noyabr 2026 15:40 (UTC +04:00)
Baş Mil-Muğan kollektorunda qanunsuz balıq ovuna görə iki nəfər saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Baş Mil-Muğan kollektorunda qanunsuz balıq ovu ilə məşğul olan iki nəfər saxlanılıb.

Trend-in məlumatına görə, M.Məmmədov və Y.Alıyev Su Nəqliyyatında Polis İdarəsinin və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşlarının birgə keçirdikləri tədbir zamanı saxlanılıblar.

Həmin şəxslərdən istifadəsi qadağan olunan müxtəlif ov alətləri və qanunsuz ovlanmış balıqlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti