Dördtərəfli görüşü sabah keçirməyə hazırıq - Zelenski

Dünya xəbərləri Xəbər 23 Noyabr 2026 15:02 (UTC +04:00)
Dördtərəfli görüşü sabah keçirməyə hazırıq - Zelenski
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Dördtərəfli görüşü sabah keçirməyə hazırıq.

"İnterfaks-Ukrayna"nın məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski NATO Parlament Assambleyasının Berlində keçirilən 72-ci illik sessiyası çərçivəsində Almaniya parlamentində çıxışı zamanı bildirib.

"Ukrayna, Avropa, Amerika və Rusiya arasında dördtərəfli görüşün mümkün qədər tez keçirilməsini təmin etmək üçün əlimizdən gələni etməliyik. Biz bunu sözün əsl mənasında artıq sabah keçirməyə hazırıq", – deyə.

Onun sözlərinə görə, tərəfdaşlar belə bir görüşün Milad bayramına qədər təşkil olunmasına çalışırlar, lakin Ukrayna tərəfi görüşün daha erkən keçiriləcəyinə ümid edir.

Noyabrın 21-də Zelenski bildirib ki, Ukrayna-ABŞ-Avropa-Rusiya formatında növbəti danışıqların keçirilmə tarixi ABŞ tərəfinin gündəliyi danışıqların bütün iştirakçıları ilə nə vaxt razılaşdıracağından asılıdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti