Lamin Yamal “Sabah”la oyunu buraxacaq

İdman Xəbər 23 Noyabr 2026 15:09 (UTC +04:00)
Lamin Yamal “Sabah”la oyunu buraxacaq
Vüqar İsmayılov
Vüqar İsmayılov
Bütün xəbərlər

Bakı, Trend:

İspaniyanın “Barselona” klubunun vingeri Lamin Yamal UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda Azərbaycanın “Sabah” komandasına qarşı keçiriləcək oyunda iştirak etməyəcək.

Bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, futbolçu sağ ayağının topuq nahiyəsində yüngül narahatlıq hiss edir. Ehtiyat tədbiri olaraq ona istirahət verilməsi qərara alınıb.

Klubun açıqlamasında qeyd olunub ki, Yamalın gələn bazar günü “Deportivo” ilə görüşdə meydana çıxması gözlənilir.

Qeyd edək ki, “Sabah” – “Barselona” qarşılaşması noyabrın 25-də Azərbaycanda keçiriləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti