Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib

Siyasət Xəbər 23 Noyabr 2026 16:33 (UTC +04:00)
Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
İngilis dili xidmətinin rəhbəri Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin başlanması münasibətilə ünvanladığı müraciətdə onun haqqında söylədiyi xoş sözlərə görə təşəkkür edib.

“Hörmətli Prezident Donald Tramp, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsinin başlanması münasibətilə mənə ünvanladığınız xoş sözlərə görə səmimi minnətdarlığımı bildirmək istəyirəm” ,- deyə Prezident İlham Əliyev sosial şəbəkə hesabında paylaşımında qeyd edib.

Xatırladaq ki, bu gün TRIPP layihəsinin praktiki icrası mərhələsinə rəsmi olaraq başlanılıb. Ermənistanın Sünik vilayətində tikinti işlərinə hazırlıq tədbirlərinə start verilib, həmçinin TRIPP layihəsinin inkişafı üzrə xüsusi şirkət yaradılıb.

Trend-in daha əvvəl verdiyi məlumata görə, ABŞ Prezidenti Donald Tramp layihənin rəsmi başlanması münasibətilə videomüraciətində Prezident İlham Əliyevə Vaşinqtonla əməkdaşlığa və layihənin praktiki icrasına başlanması üçün şəraitin yaradılmasına verdiyi töhfəyə görə təşəkkür edib.

“Mən bir daha Baş nazir Paşinyana və onun həmkarı, Azərbaycan Prezidenti İlham Əliyevə bizimlə əməkdaşlığa və bu günü mümkün etdiklərinə görə, eləcə də Nobel Sülh Mükafatına mənim namizədliyimi irəli sürmək kimi alicənab addımlarına görə təşəkkür etmək istərdim”, – ABŞ Prezidenti bildirib.

Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti