Tacikistan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır

Dünya xəbərləri Xəbər 23 Noyabr 2026 15:55 (UTC +04:00)
Tacikistan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Tacikistan hakimiyyəti Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxması ilə bağlı Birləşmiş Millətlər Təşkilatına (BMT) rəsmi bildiriş göndərib. Qərar 2027-ci il noyabrın 20-də qüvvəyə minməlidir.

Bu barədə TASS agentliyi noyabrın 23-də BMT-nin Baş katibi Antonio Quterreşə təqdim edilmiş sənədlərə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Düşənbənin Roma Statutunda iştirakına xitam verilməsi ilə bağlı müraciəti 2026-cı il noyabrın 20-də daxil olub. Beləliklə, təşkilatdan çıxış proseduru ilə nəzərdə tutulan birillik müddət gələn il noyabrın 20-də başa çatacaq.

Roma Statutuna əsasən, dövlət BMT-nin Baş katibinə yazılı bildiriş göndərməklə BCM-də iştirakına xitam verə bilər. Dövlət daha gec tarix göstərmədiyi təqdirdə, qərar müvafiq sənədin alındığı tarixdən 12 ay sonra qüvvəyə minir. Tacikistan Roma Statutunu 1998-ci ildə imzalayıb, 2000-ci ildə isə ratifikasiya edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti