Bakı.Trend:
Bakıda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycan dilində nəşr olunmuş “Türkmənistanın bitərəfliyi – sülh və etimadın işıqlı yolu” kitabının təqdimatı keçirilir.
Trend-in müxbirinin verdiyi məlumata görə, tədbir Türkmənistanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub. Kitabı Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov təqdim edir.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun “Türkmənistanın bitərəfliyi – sülh və etimadın işıqlı yolu” kitabı doqquz fəsildən ibarətdir və ölkənin daimi bitərəflik statusunun formalaşmasına, onun tarixi ilkin şərtlərinə və hüquqi əsaslarına həsr olunub. Kitabda Türkmənistanın bitərəf statusunun regional və qlobal sabitliyin təmin olunmasında əhəmiyyəti, eləcə də aktual beynəlxalq məsələlərin həllindəki rolu nəzərdən keçirilir.
Kitabın sonuncu fəslində tarixi sənədlər, Türkmənistan Prezidentinin beynəlxalq forumlarda çıxışları, həmçinin ölkənin ikitərəfli və çoxtərəfli formatlarda imzaladığı sazişlər təqdim olunur.
Kitab daha əvvəl türkmən, rus və ingilis dillərində nəşr edilib, sonradan isə yapon və Azərbaycan dillərinə tərcümə olunub.
Xəbər yenilənir...
