Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli

Siyasət Xəbər 23 Noyabr 2026 17:47 (UTC +04:00)
Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli
Fuad Namazov
Fuad Namazov
Jurnalist Bütün xəbərlər

Bakı.Trend:

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun “Türkmənistanın bitərəfliyi – sülh və etimadın parlaq yolu” kitabı təkcə ölkənin diplomatiya tarixinə dair deyil, həm də onun milli ənənələrinin, mədəniyyətinin və tarixi irsinin öyrənilməsi baxımından dəyərli mənbədir.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli Bakıda kitabın Azərbaycan dilində nəşrinin təqdimatında deyib.

Onun sözlərinə görə, kitabda əksini tapan mühüm məqamlardan biri Türkmənistanın daimi bitərəfliyinin təsadüfi seçim deyil, tarixi köklərə malik olması, türkmən xalqının milli ənənələri ilə bağlılığı və müstəqillik illərində dövlət siyasətinin tərkib hissəsinə çevrilməsidir.

Həbibbəyli qeyd edib ki, kitabda bitərəfliyin ictimai-siyasi və diplomatik aspektləri ilə yanaşı, türkmən xalqının milli kimliyinin xüsusiyyətləri, mədəniyyəti, qədim türk abidələri, ailə həyatının ənənələri, əxlaq və tərbiyə məsələləri də təqdim olunur.

“Bu kitab Türkmənistanın özünəməxsus müasir pasportudur”, – deyə o vurğulayıb və nəşrin ölkənin tarixi, mədəniyyəti və müasir inkişafı ilə maraqlanan hər kəs üçün faydalı olacağını qeyd edib.

Həbibbəylinin fikrincə, kitabın Azərbaycan dilində nəşr olunması və geniş ictimaiyyətin iştirakı ilə təqdim edilməsi Azərbaycan və Türkmənistan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfə verir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti