Külək güclənəcək - XƏBƏRDARLIQ

Cəmiyyət Press-reliz 23 Noyabr 2026 17:12 (UTC +04:00)
Külək güclənəcək - XƏBƏRDARLIQ
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, Qobustan, Xızıda narıncı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Neftçala, Şirvan, Naftalan, Goranboy, Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan, Mingəçevir, Şəki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzəndə sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti