2032-ci ildə ilk elektrik enerjisi tədarükünə nail olmağı hədəfləyirik - Pərviz Şahbazov

İqtisadiyyat Xəbər 23 Noyabr 2026 16:46 (UTC +04:00)
2032-ci ildə ilk elektrik enerjisi tədarükünə nail olmağı hədəfləyirik - Pərviz Şahbazov
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Hədəfimiz 2032-ci ildə ilk elektrik enerjisi tədarükünə nail olmaqdır.

Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.

"Buxarestdə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə 13-cü Nazirlər İclası layihənin icrasının sürətləndirilməsi istiqamətində növbəti mühüm addım oldu. PMI statusu üzrə əməkdaşlığın davam etdirilməsi, layihənin inkişaf etdirilməsinə məsul şirkətin seçilməsi, Qara dənizin dibinin tədqiqi və enerji tənzimləyicilərinin birgə fəaliyyəti ilə bağlı növbəti addımları razılaşdırdıq. Türkiyənin layihəyə qoşulmasının strateji əhəmiyyətini vurğulayaraq bu istiqamətdə dəstəyimizi ifadə etdik. Hədəfimiz 2029-cu ildə yekun investisiya qərarının qəbuluna, 2032-ci ildə isə ilk elektrik enerjisi tədarükünə nail olmaqdır", - paylaşımda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti