ABŞ və Qətər Yaxın Şərqdə sabitliyin təmin edilməsini müzakirə ediblər

Dünya xəbərləri Xəbər 24 Noyabr 2026 04:27 (UTC +04:00)

Bakı. Trend:

ABŞ dövlət katibi Marko Rubio və Qətərin Baş naziri, xarici işlər naziri şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani noyabrın 23-də Vaşinqtonda keçirilən görüşdə Yaxın Şərqdə təhdidlərin qarşısının alınması və sabitliyin təmin edilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti tərəfindən yayılan yazılı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, Rubio “Qətərə beynəlxalq səviyyədə vasitəçilik səylərinə görə minnətdarlığını ifadə edib, təhdidlərin qarşısının alınması, eləcə də Yaxın Şərqdə sabitlik və təhlükəsizliyin təmin edilməsi məqsədilə sıx koordinasiyanın davam etdirilməsinin vacibliyini vurğulayıb”.

Sənəddə bildirilir ki, Rubio və Al Tani “ABŞ-Qətər strateji dialoqunun səkkizinci raunduna” başlayıblar. Onlar həmçinin “ABŞ və Qətər arasında tərəfdaşlıq münasibətlərinin möhkəmliyini təsdiqləyib, iqtisadiyyat və təhlükəsizlik sahələrində prioritet məsələlər üzrə əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər”.

Xəbər lenti

Xəbər lenti