Bakı. Trend:
ABŞ İrana qarşı sanksiyalar siyahısına 8 fiziki şəxs və 22 şirkət daxil edib.
Bununla bağlı bildiriş ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc olunub.
Bildirişə əsasən, sanksiya siyahısına daxil edilən bütün fiziki şəxslər İran vətəndaşlarıdır. Məhdudiyyətlərə məruz qalan şirkətlər isə İran, BƏƏ, Türkiyə və Honkonqda qeydiyyatdan keçib.
Sanksiya siyahısına daxil edilmə ABŞ-dakı aktivlərin dondurulmasını, eləcə də Amerika vətəndaşları və şirkətlərinə siyahıda yer alan şəxslər və qurumlarla işgüzar əlaqələr qurmağın qadağan olunmasını nəzərdə tutur.
