Bakı. Trend:
ABŞ-nin birinci xanımı Melaniya Tramp Vaşinqtonun Ukrayna böhranı ilə bağlı yeni sülh razılaşmalarına nail olmaq istiqamətində işləri davam etdirdiyini bildirib.
Onun sözlərini Ağ Evin mətbuat korpusunun jurnalistləri yayıblar.
Jurnalistlərin məlumatına görə, ABŞ prezidenti Donald Trampın həyat yoldaşına Ağ Evə Milad ağacının gətirilməsi mərasimi zamanı mümkün yeni razılaşmalar barədə sual ünvanlanıb.
“Biz bu istiqamətdə çalışırıq”, – deyə ABŞ-nin birinci xanımı cavabında bildirib.