Rusiyada Murmansk vilayətinin qubernatoru saxlanılıb

Dünya xəbərləri Xəbər 23 Noyabr 2026 21:50 (UTC +04:00)
Rusiyada Murmansk vilayətinin qubernatoru saxlanılıb

Bakı. Trend:

Rusiyanın Murmansk vilayətinin qubernatoru Andrey Çibis dələduzluq və mənimsəmə işi üzrə Moskvada saxlanılıb.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib.

Onun sözlərinə görə, noyabrın 23-də Rusiya DİN əməkdaşları Cinayət-Prosessual Məcəllənin 91-ci maddəsinə uyğun olaraq qubernatoru bir sıra cinayətlərdə şübhəli bilinərək saxlayıblar.

Saxlanılma Murmansk vilayətində yolun yenidən qurulması zamanı 39 milyon rublun mənimsənilməsi və 1 milyard rubldan çox vəsaitin israf edilməsi ilə bağlı araşdırma çərçivəsində həyata keçirilib.

Volk cinayət işinin istintaqının Rusiya DİN-in İstintaq Departamentinin rəhbərliyinin nəzarətində olduğunu qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti