Yaponiyada baş nazir qalmaqalın mərkəzinə düşüb

Dünya xəbərləri Xəbər 23 Noyabr 2026 19:51 (UTC +04:00)
Yaponiyada baş nazir qalmaqalın mərkəzinə düşüb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Yaponiyanın Baş naziri Sanae Takaiçi “Böyük yeddilik” (G7) liderlərinin videokonfransında iştirak etmədiyinə görə qalmaqalın mərkəzinə düşüb.

Bu barədə "Shukan Gendai" nəşrində dərc olunan məqalədə məlumat verilib.

Onun həmin vaxt sərxoş olduğu ilə bağlı iddialar yayılıb.

“Əvvəlcə o, onlayn görüş üçün zəruri avadanlıqların vaxtında hazır olmadığını bildirərək açıq şəkildə yalan danışıb. Əslində isə bundan əvvəl Yaponiya Liberal Demokrat Partiyasının rəhbər şəxsləri ilə birlikdə spirtli içki qəbul edib. Bu qədər asanlıqla yalan danışan bir şəxsin baş nazir vəzifəsində olması hətta diplomatik münasibətlərdə də problemlər yaradır”, – nəşrin adının açıqlanmasını istəməyən mənbəsi bildirib.

Jurnalın məlumatına görə, Takaiçinin görüşü son anda ləğv etməsi onun sərxoş olması ilə bağlı şübhələrə səbəb olub. Qeyd olunur ki, videokonfrans oktyabrın 2-də keçirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti