Bakı. Trend:
2026-cı ildə Azərbaycanda 864 min 799,5 ton kartof tədarük olunub.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
Hesabat dövründə ən çox kartof yığımı Şəmkir rayonunda qeydə alınıb. Belə ki, rayonda 177 min 364,3 ton kartof istehsal edilib.
İlk onluqda ikinci yerdə 129 min 503,4 ton göstərici ilə Tovuz rayonu qərarlaşıb. Cəlilabad rayonunda 107 min 180 ton, Gədəbəydə 100 min 170,6 ton kartof yığılıb.
Kartof istehsalına görə ilk 10-luqda yer alan digər rayonlar aşağıdakılardır:
-
Şəmkir – 177 364,3 ton
-
Tovuz – 129 503,4 ton
-
Cəlilabad – 107 180 ton
-
Gədəbəy – 100 170,6 ton
-
Qazax – 53 174 ton
-
Şərur – 26 502,9 ton
-
Masallı – 24 780 ton
-
Sabirabad – 21 170 ton
-
Qusar – 20 276,3 ton
-
Zaqatala – 20 018 ton
Beləliklə, ilk dörd rayonun hər birində kartof istehsalı 100 min tonu ötüb.
