Bakı. Trend:
NATO-nun baş katibi Mark Rütte Alyansın Ukraynanın təşkilata inteqrasiyasına hər zaman çalışacağına əminliyini ifadə edib.
Bu barədə Mark Rütte Berlində Almaniya kansleri Fridrix Mertslə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Ukraynanın NATO-ya üzv olması ilə bağlı Alyansın uzunmüddətli mövqeyi var və bu mövqe qarşıdakı uzun illər ərzində qüvvədə qalacaq”, – deyə o jurnalistlərin Rusiya ilə Avropanın təhlükəsizliyi və Ukraynanın NATO-ya üzvlüyü perspektivlərinə dair danışıqlar barədə suallarını cavablandırarkən bildirib.
Baş katib vurğulayıb ki, Almaniyanın birləşməsindən əvvəl, vahid Almaniyanın NATO-ya daxil olması məsələsi müzakirə olunarkən, Alyans SSRİ ilə Avropanın təhlükəsizliyi barədə danışıqlar aparıb.
“Bununla bağlı NATO Sovet İttifaqının narahatlıqlarını müzakirə edirdi. Bu, normal proses idi”, – deyə o qeyd edib.