Qətər ABŞ və İran arasında danışıqların bərpasına çalışır

Dünya xəbərləri Xəbər 24 Noyabr 2026 03:12 (UTC +04:00)

Bakı. Trend:

Qətər hakimiyyəti Vaşinqton və Tehran arasında danışıqlar prosesinin bərpası istiqamətində səylər göstərir.

Bunu Qətərin Baş naziri, xarici işlər naziri şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani bildirib.

“Biz İran və ABŞ ilə birlikdə danışıqlar prosesini bərpa etməyə çalışırıq”, - deyə o, “Al Jazeera” telekanalına müsahibəsində bildirib.

Qətərin Baş naziri vurğulayıb ki, “Yaxın Şərqdəki vəziyyət ABŞ və İran arasında yeni gərginliyin artmasına tab gətirə bilməz”. Vaşinqtonla ikitərəfli münasibətlərə toxunan hökumət başçısı Dohanın “müdafiə sahəsində əməkdaşlığı gücləndirməyə” çalışdığını qeyd edib.

Qətər ABŞ və İran arasında dolayı danışıqlarda əsas vasitəçilərdən biri kimi çıxış edir. Noyabrın 23-də şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə görüş keçirib. ABŞ Dövlət Departamentinin məlumatına görə, tərəflər Yaxın Şərqdə təhdidlərin qarşısının alınması və sabitliyin təmin edilməsi məsələlərini müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti