Bakı. Trend:
ABŞ Hərbi Dəniz Qüvvələrinin tərkibində dəniz piyadaları olan üç böyük desant gəmisindən ibarət amfibiya-desant qrupu Yaxın Şərq regionu istiqamətində hərəkət edir.
Bu barədə ABŞ Hərbi Dəniz İnstitutunun informasiya xidmətinin məlumatlarında bildirilir.
Hazırda gəmi qrupu Ərəbistan dənizi istiqamətində hərəkəti zamanı daxil olduğu Sinqapurda yerləşir.
Qrupun tərkibinə USS Makin Island universal desant gəmisi (UDG), eləcə də USS John P. Murtha və USS Anchorage desant-helikopter dok gəmiləri daxildir.
Gəmilərdə 2,5 min hərbi qulluqçudan ibarət 13-cü Dəniz Piyadaları Ekspedisiya Batalyonu, həmçinin F-35B şaquli qalxma və enmə qabiliyyətinə malik qırıcıların iki eskadrilyası, konvertoplanlar, zərbə və nəqliyyat helikopterləri, eləcə də desant katerləri yerləşdirilib.