İndoneziya Prezidenti gələn il İƏT sammitində iştirak üçün Azərbaycana səfər edə bilər

Siyasət Xəbər 24 Noyabr 2026 11:14 (UTC +04:00)
İndoneziya Prezidenti gələn il İƏT sammitində iştirak üçün Azərbaycana səfər edə bilər
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
İngilis dili xidmətinin rəhbəri Bütün xəbərlər

Bakı.Trend:

İndoneziya Prezidenti Prabovo Subiantonun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sammitində iştirak etmək üçün 2027-ci ildə Azərbaycana səfər edəcəyi gözlənilir.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi Bakıda keçirilən İndoneziya Biznes Forumunda bildirib.

Onun sözlərinə görə, səfər 2027-ci ildə İndoneziya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində baş tuta bilər.

Səfir vurğulayıb ki, qarşıdan gələn bu ildönümü ticarət, iqtisadiyyat və investisiya sahələri də daxil olmaqla, ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi üçün stimul olmalıdır.

Xəbər yenilənəcək

Məqalədə:

Xəbər lenti

Xəbər lenti