Bakı. Trend:
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda doğum səviyyəsinin ən yüksək olduğu rayon Qobustan, ən aşağı olduğu rayon isə Abşeron olub.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən hesabat dövründə Qobustan rayonunda hər 1 000 nəfərə 14,1 doğum qeydə alınıb.
Doğum səviyyəsinə görə ikinci yerdə Yardımlı rayonu (13,7), üçüncü yerdə Xocalı rayonu (12,9) qərarlaşıb. İlk beşliyə, həmçinin Astara (12,3) və Cəlilabad (12) rayonları daxil olub.
Növbəti yerlərdə Kəlbəcər (11,2), Qaradağ (11), Biləsuvar (11), Ağcabədi (10,9) və Beyləqan (10,9) rayonları qərarlaşıb.
Doğum səviyyəsinin ən aşağı olduğu ərazilərə gəlincə, Abşeron rayonu hər 1 000 nəfərə 4,8 doğum göstəricisi ilə sonuncu yerdə qərarlaşıb.
Bu göstərici Nəsimi rayonunda 5,5, Ordubad rayonunda 5,6, Ağdərə və Pirallahı rayonlarında 5,7 təşkil edib.
Həmçinin Binəqədi, Nizami və Səbail rayonlarının hər birində hər 1 000 nəfərə 6,1, Şahbuz rayonunda 6,2, Sabunçu rayonunda isə 6,3 doğum qeydə alınıb.
Beləliklə, Qobustan rayonunda doğum səviyyəsi Abşeron rayonu ilə müqayisədə təxminən 2,9 dəfə yüksək olub.
Xatırladaq ki, hər iki rayon həmsərhəddir.
