Bakıda İndoneziya biznes forumu keçirilir

İqtisadiyyat Xəbər 24 Noyabr 2026 10:59 (UTC +04:00)
Bakıda İndoneziya biznes forumu keçirilir
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
İngilis dili xidmətinin rəhbəri Bütün xəbərlər

Bakı.Trend:

Bakıda İndoneziyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunan İndoneziya biznes forumu (Indonesian Business Forum 2026) keçirilir.

Trend-in tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, forum İndoneziya və Azərbaycan arasında işgüzar dairələr arasında birbaşa əlaqələrin qurulması, ticarət və investisiya imkanlarının təşviqi vasitəsilə ikitərəfli iqtisadi əlaqələrin möhkəmləndirilməsinə yönəlib.

Müzakirələrin və işgüzar əməkdaşlığın əsas diqqət mərkəzində kənd təsərrüfatı, qida və içki istehsalı, energetika, emal sənayesi, infrastruktur və turizm kimi prioritet sahələr dayanır.

Bundan əlavə, forum çərçivəsində azərbaycanlı şirkətlərin iştirakını daha da stimullaşdırmaq, onların İndoneziya məhsulları ilə tanış olmasına, tərəfdaşlıq əlaqələri qurmasına və perspektivli investisiya layihələrini müəyyənləşdirməsinə kömək etmək məqsədilə hər il keçirilən beynəlxalq ticarət sərgisi – "Trade Expo Indonesia 2027" də təqdim olunur.

Xəbər yenilənəcək

Məqalədə:

Xəbər lenti

Xəbər lenti